!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hesabatdakı o faktlar Ermənistanın müharibə cinayəti törətməsinin təsdiqidir” – Partiya sədri

!Reklam – Yazi

“Azərbaycan Ermənistanın dövlət siyasətinin yalan üzərində qurulduğunu bütün dünyaya əyani şəkildə isbat etdi”.

“Human Rights Watch” insan haqları təşkilatının dekabrın 15-də açıqlanan hesabatında İkinci Qarabağ Müharibəsi dövründə Ermənistan və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini qadağan olunmuş silahlardan atəşə tutulduğu qeyd olunub.

Təşkilatın hesabatında ermənilərin Azərbaycanın üç rayonuna klastr sursatlarından istifadə olunmaqla, dörd hücumun həyata keçirildiyi öz əksini tapıb. Bununla belə, Ermənistanın dövlət rəsmiləri beynəlxalq təşkilatın nümayəndələri ilə görüşdə bu faktı inkar etməyə cəhd göstərirlər.

Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında qeyd edib ki, hesabatda yer alan faktlar həqiqət olsa da, Ermənistanın bu məsələyə nümayiş etdirdiyi münasibət onun işğalçı dövlət olduğunu bir daha isbatlayır:

“Azərbaycan-Ermənistan qarşıdurmasının çox dərin siyasi kökləri var. Məlumdur ki, Ermənistan bütün proseslərdə haqsız olduğu halda, özünü haqlı göstərməyə can atıb və bunun uzun illər şahidi olmuşuq.

Gördüyümüz kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü məkrli siyasəti də beynəlxalq aləmdə fərqli şəkildə təbliğ etməyə çalışırdı. İkinci Qarabağ Savaşının ən böyük əhəmiyyətlərindən biri də Ermənistanın davam etdirdiyi o təbliğatın sıradan çıxarılmasıdır.

Yəni Azərbaycan Ermənistanın dövlət siyasətinin yalan üzərində qurulduğunu bütün dünyaya əyani şəkildə isbat etdi. Təbii ki, Ermənistan yeni təxribatlar yaratmağa çalışacaq.

Azərbaycan öz qələbəsi ilə dünyaya göstərdi ki, ermənilərin dediklərinə inanmaq yanlış yoldur. Ermənistanın “Human Rights Watch” təşkilatının hesabatında yer alan faktları inkar etməsi gözlənilən idi. Çünki hesabatdakı o faktlar Ermənistanın müharibə cinayəti törətməsinin təsdiqidir”.

Gülşən Şərif

www.yenicag.az

3919
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv