!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hesablama Palatası ilə BƏƏ Ali Audit Qurumu arasında memorandum imzalandı

!Reklam – Yazi

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti INTOSAI-ın Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt-komitəsinin 12-13 oktyabr 2022-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilmiş illik toplantısında iştirak edib.

Yenicag.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən BƏƏ AAQ-ının Prezidenti Dr. Harib Əl Əmimi alt-komitənin fəaliyyətinin dövlət auditi üçün əhəmiyyətindən bəhs edib və bu işdə töhfəsi olan hər bir üzv quruma dərin minnətdarlığını bildirib.

Sonra Azərbaycan Hesablama Palatasını müşahidəçi qismində yeni üzv kimi təqdim edən cənab Əl Əmimi Palatanın alt-komitəyə üzv qəbul edilməsindən məmnun olduğunu bildirib və Palatanın 2023-cü ildə növbəti illik toplantıya ev sahibliyi etmək təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edib.

Daha sonra tədbirdə Azərbaycan Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov çıxış edərək alt-komitəyə məsuliyyətli işində uğurlar arzulayıb və bu işdə Hesablama Palatasının da öz töhfələrini əsirgərməyəcəyini bildirib.

Tədbirin davamında alt-komitənin iş planı təqdim edilib, bir sıra məsələlərlə yanaşı maliyyə auditi üzrə beynəlxalq standartlara düzəliş və dəyişikliklər müzakirə edilib.

Tədbir çərçivəsində Hesablama Palatası və BƏƏ Ali Audit Qurumu arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və BƏƏ AAQ-ının dövlət auditi sahəsində əldə etdiyi qabaqcıl təcrübələrdən faydalanmaq məqsədi ilə tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, Hesablama Palatası INTOSAI-ın Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt-komitəyə (FAAS) 2022-ci ildə üzv qəbul edilib. Dövlət sektorunda həyata keçirilən maliyyə auditi və mühasibat uçotunun keyfiyyətinin artırılması məqsədi ilə yaradılmış alt-komitəyə Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Auditi Qurumu sədrlik edir və burada dünyanın əksər regionlarından müxtəlif ölkələrin ali audit qurumları (AAQ), eləcə də bir sıra nüfuzlu beynəlxalq təşkilatlar təmsil olunur.

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv