!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hesablama Palatasında cari ilin ilk yarısında görülən işlər dəyərləndirilib – FOTOLAR

!Reklam – Yazi

Hesablama Palatasında media təmsilçilərinin iştirak ilə Azərbaycan milli mətbuatının yaranmasının 147 illiyinə həsr olunmuş “Hesablama Palatasının fəaliyyətinin ictimaiyyətə çatdırılmasında medianın rolu” mövzusunda tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə qurumun 2022-ci ilin ilk yarısında həyata keçirilmiş fəaliyyətə nəzər salınıb.

Toplantıda Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra qurumun fəaliyyəti və cari ilin 6 ayı ərzində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Qurumun əməkdaşı Tamerlan Yusif-zadə isə Hesablama Palatasının fəaliyyətini əks etdirən müvafiq təqdimat keçirərək, qarşıdakı dövrdə nəzərdə tutulan işlərdən, media qurumları ilə işin günün tələblərinə uyğun qaydada qurulmasından geniş bəhs edib.

Tədbirin yekununda Hesablama Palatasının fəaliyyətinə dair məlumatların peşəkar səviyyədə hazırlanması və əlçatanlığın təmin olunmasına görə media nümayəndələrinə minnətdarlıq ifadə olunub.

A.Zeynalov

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv