Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Hesablama Palatasının 2014 hesabatı

64840Hesablama Palatası kollegiyasının növbəti iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında hesabat” müzakirə olunub.

İclasda, həmçinin 2014-cü il üçün iş planına əsasən həyata keçirilmiş nəzarət tədbirlərinin və cari fəaliyyətin, o cümlədən sona çatmış Strateji İnkişaf Planının və beynəlxalq layihənin nəticələri barədə məlumat verilib, müəyyən edilmiş funksiyaların icra vəziyyəti müzakirə olunub.

Palatadan AZƏRTAC-a bildiriblər ki, müzakirələrin sonunda “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında hesabat” təsdiq edilib və hesabatın Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri ilə bağlı hesabat və rəy, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil üzrə arayış müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Lənkəran Şəhər İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair, eləcə də “Azərpoçt” MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair nəzarət tədbirləri üzrə proqramlar da təsdiqlənib.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

285