Reklam: High Technic
hightechnic

Həsən Ruhaninin qızlarla şəkli İranı qarışdırdı - Foto

İran prezidenti Həsən Ruhaninin Novruz bayramı günlərində Tehran yaxınlığındakı dağ gəzintisində olarkən idman geyimindəki şəkli mollaları qəzəbləndirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Həsən Ruhaninin iki gənc qız və bir oğlanla şəkil çəkdirərək, “İnstaqram” hesabından paylaşması böyük söz-söhbətə səbəb olub. Fotoşəklə 17 min şərh yazılıb.
Ruhaninin saçlarının çoxu açıqda qalan qızlarla şəkli əksəriyyət tərəfindən “seçki şousu” kimi qiymətləndirilib.
Prezidentin həmin şəklinə qəzəblənən mühafizəkarlar isə Ruhanini “İslam Respublikası dəyərlərinə zidd davranmaqda” günahlandırıblar.

Mühafizəkarların nümayəndəsi, keçmiş deputat Həmid Rasayi də Ruhaninin paylaşdığı fotoşəklə yazdığı şərhdə prezidentin bununla “iqtisadi uğursuzluqları” pərdələməyə çalışdığını vurğulayıb.

Yeniçağ.Az

www.yenicag.az

163