!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həsən Ruhaniyə qarşı cinayət işi başlanıldı

!Reklam – Yazi

İranın keçmiş Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi başlanılıb.

Yenicag.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xüsusi İşlər üzrə Prokurorluğunun mətbuat katibi Məsud Satayişi bildirib.

Onun sözlərinə görə, Həsən Ruhani fond və valyuta bazarına müdaxilələr zamanı yol verilən qanun pozuntularında iştirak etməkdə şübhəli bilinir.

Qeyd edək ki, Həsən Ruhaniyə qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. Bildirilib ki, 700 min nəfərin şikayəti əsasında Həsən Ruhaniyə qarşı iş prokurorluğa göndərilib. Məlumata görə, məsələyə ən qısa zamanda baxılacağı və məhkəmənin həbs qətimkan tədbiri seçəcəyi gözlənilir./report/

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv