!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hətta ölüsündən belə qorxurlar, görək Navalnını dəfn edə biləcəklər” – Rusiyalı müxalifətçi

!Reklam – Yazi

Bu gün həbsxanada dünyasını dəyişmiş Akeksey Navalnı dəfn olunacaq. Moskvanın dəfn agentlikləri Navalnının cənazəsini kilsəyə aparmaqdan imtina ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə siyasətçinin keçmiş mətbuat katibi Kira Yarmiş bildirib.

O deyib ki, Moskvanın dəfn agentlikləri Aleksey Navalnının cənazəsini morqdan vida mərasiminin keçiriləcəyi kilsəyə aparmaqdan imtina ediblər. Səbəb anonim təhdidlərdir.

“Əvvəlcə bizə Alekseylə vidalaşmaq üçün cənazə evi icarəyə götürməyə icazə vermədilər. İndi isə kilsədə vida mərasimi hazırlaşanda dəfn rəhbərləri bizə deyirlər ki, cənazəni ora aparmağa bir dənə də olsun cənazə maşını razılaşmır”, – o, “X” sosial şəbəkəsində yazıb.

Müxalifətçi Leonid Volkov isə yazıb: “Naməlum şəxslər bütün cənazə maşınlarının sürücülərinə zəng edir və Alekseyin cəsədini morqdan heç yerə çıxarmamaqla hədələyirlər. Bu, çılğınlıqdır”.

Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov da öz növbəsində yazıb ki, mərhum müxalifətçinin komandası bu problemlə məşğul olacaq.

Xatırladaq ki, Navalnı ilə vida mərasimi martın 1-də günortadan sonra Moskvanın Maryino rayonundakı pravoslav kilsəsində planlaşdırılır. Qeyd edək ki, fevralın 16-da həbsdə dünyasını dəyişən müxalifətçi bu ərazidə yaşayırdı.
Dəfn yaxınlıqda, Borisov qəbiristanlığında planlaşdırılır. Müxalifət liderinin dul arvadı, hazırda Avropada olan Yuliya Yarmışın Moskvadakı Navalnı tərəfdarlarına X-də liderləri ilə vidalaşmaq üçün dəvətini dərc edib.

Bundan əlavə, Alekseyin tərəfdarları ideoloji dostlarını dünyanın müxtəlif şəhərlərində toplaşmağa dəvət ediblər.

Yeri gəlmişkən, dəfn mərasiminin keçiriləcəyi kilsədə audio və video çəkilişləri qadağan edən yeni bildirişlər vurulub.

Qəbiristanlığın girişində də şlaqbaumlar quraşdırılıb. Burada hüquq-mühafizə orqanları ziyarətçilərin pasportlarını yoxlayır və ziyarət məqsədini soruşurlar.

Xuraman Etibarlı

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv