!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Həyat yoldaşı ilə səyahətə çıxan Sevdanı TOPA TUTDULAR: “Uşaqlar ölür, siz də …” - FOTOLAR

!Reklam – Yazi

Müğənni Sevda Yahyayevanın paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən qıcıqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, ailə quran gündən vaxtlarını yalnız səyahətlə keçirən cütlük bu dəfə istirahətin dadını Şri-Lankada çıxarır.

Həyat yoldaşı ilə fotolarını “Instagram” hesabında paylaşan müğənni fotoları, “Sizcə, növbəti səfərimiz hara olsun?” – sualı ilə təqdim edib. Sual insanlar tərəfindən birmənalı qarşılanmayıb.

İzləyicilərin əksəriyyəti onu qınaq atəşinə tutub:

“Somaliyə, ac uşaqları sevindirməyə gedin. Onlara ərzaq aparın”, “Bu qız ərə gedəndən yollardadır. Bu qədər pulu haradan alırsız, bizə də verin arada”, “Varlığa nə darlıq?”, “Sevda xanım, sizi çox sevirik, amma insanlara belə suallar verməyin”, “Çünki evinə çörək ala bilməyən insanlar var, dünya savaş içindədir, uşaqlar ölür…”

“Bəsdir gəzdin, dünyaya uşaq gətirmək barədə düşün”, – deyənlərin də sayı az olmayıb.

Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailə qurub. Cütlüyün toyu ötən ilin dekabrında baş tutub.

Fotoları təqdim edirik:

Nehru

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv