!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Heydər Əliyev müasir, demokratik və dünyada artıq böyük sayğı sahibi olan Azərbaycanın yaradıcısıdır" - Vahid Əziz

!Reklam – Yazi

“Heydər Əliyev Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nəhəng, ən böyük şəxsiyyətlərindəndir”.

Bu sözləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günündə dahi şəxsiyyətin misilsiz xidmətlərindən bəhs edən Xalq şairi Vahid Əziz Yenicag.az-a açıqlamasında deyib.

O, Ulu Öndərin dahiliyi, eləcə də varisi və layiqli davamçısı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrildiyini bildirib:

“Ulu Öndərin dahiliyi, uzaqgörənliyi nəticəsində dünyanın bütün güclü dövlətlərinin Azərbaycana marağı artıb. Bakı-Ceyhan xəttinin əsası onun vaxtında qoyuldu. İndi Azərbaycan Avropa ölkələrinin bir qismini təbii qazla təmin edir.

Heydər Əliyev Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nəhəng, ən böyük şəxsiyyətlərindəndir. O, çağdaş, müstəqil və dünyanın ən təhlükəsiz bölgələrindən biri olan Azərbaycanın yaradıcısı və qurucusudur. Onun siyasəti sayəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib və indi bütün güclü dövlətlər onunla hesablaşmağa məcburdur. Çünki Azərbaycan öz qəti qələbəsini əldə edib.

Bu qələbənin əldə olunmasında onun varisi, xalqımıza bəxş etdiyi İlham Əliyevin böyük xidmətləri var. Bütün xalqlar orduya və silaha malikdir. Amma uzaqgörən sərkərdə hər xalqa qismət olmur. Müzəffər Ali Baş Komandanımız Xankəndidə Azərbaycan bayrağını dalğalandırmaqla, bu qəti qələbəni bizə bəxş etdi.

Buna qəhrəman ordumuzun qüdrəti, igidliyi, şəhidlərimizin qanı bahasına və təbii ki möhtərəm Ali Baş Komandamızın uzaqgörən siyasəti nəticəsində nail olduq. Mən, ailə üzvlərim, doğmalarımın hər biri səsimizi Prezidentimizə – xalqımızı nəinki 30 ilin, hətta yüzillərin xəcalətindən qurtaran bir sərkərdəyə verəcəyik.

Heç şübhə etmirəm ki, bu dəfə İlham Əliyev 90 faizin üzərində səs qazanacaq. O, sübüt etdi ki, bu xalqa lazımdır, gələcəkdə də lazım olacaq. Demokratik bir cəmiyyətdir, təbii, başqa siyasətçilər də öz namizədliyini irəli sürərək xalqın onlara münasibətini bilmək istəyəcəklər.

Şəxsən mən xalq içində hətta dərin hörmətə malik olan və çoxsaylı üzvləri olan partiya sədri olsaydım belə, seçkiyə getməzdim, İlham Əliyevin sahib olduğu kürsüyə iddia etməzdim. Çünki qarşıda qüdrətli bir fatehimiz, sərkərdəmiz, prezidentimiz var.

Xankəndidə bayraq dalğalananda, çox insanların gözündə sevinc yaşardı. Mən bir il Xankəndidə keçmiş vilayət partiya komitəsinin binasında işləmişəm. O vaxt bilməzdim ki, Xankəndi bizdən uzaqlaşa bilər. Amma sonralar ağlıma da sığışdıra bilməzdim ki, nə vaxtsa orada öz bayrağımızı dalğalandıra bilərik. 23 saat 40 dəqiqəyə Xankəndi alındı və orada bayrağımız dalğalandı.

Ermənilərin konyakından içib gic-gic danışan Amerikanın dövlət katibi, Makron və digərlərinin timsalında bizə dişlərini qıcayanlar çoxdur. Amma onları susduran bir fakt var – Qələbəmiz. Bir sutkaya yaxın ağır döyüş getdi, amma bir nəfər dinc sakinin burnu da qanamadı. İsraillə Fələstin arasında müharibə gedir, hər iki tərəfdən minlərlə ölü, yaralı və şikəst var. Bu, Azərbaycan xalqının mərhəmətini, silahının dəqiqliyini göstərdi.

Biz artıq müstəqil xalqıq. Geriyə, enişə yolumuz yoxdur. Yolumuz yalnız yüksəlişə doğrudur. Hər bir Azərbaycan vətəndaşı vətəni, xüsusilə də bugünkü Azərbaycanla qürur duymalıdır. Ağlıma da gəlməzdi ki, haçansa, öz vətənimi atıb gedib başqa bir yerdə yaşaya bilərəm. Mənim bir qəzəlimdə dediyim kimi:

Bu Vətən torpağını vallah yetimlər qorudu
Yetimin kimsəsi olmaz ki, Vətəndən savayı.

Bir şerimdə də demişəm:

Atanın-ananın oyuncağıyıq,
Oynadıb-oynadıb, atıb gedirlər.

Bu baxımdan yetimin vətəndən, torpaqdan savayı bir kimsəsi yoxdur. Mənim də Azərbaycandan və Qərbi Azərbaycandan savayı heç kimim yoxdur. Çünki mən orada doğulmuşam. Mən burada əbədi yaşayacam, ömrümü sona verəcəm. Hər hansı yaxşı işim olubsa, ən azı bir qrup adamın yaddaşında yaşayacam. Heydər Əliyev cənnətdədir, qəbri nurla dolsun. Allah xalqımızı, Prezidentimizi qorusun”.

Cəvahir

www.yenicag.az

1072
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv