“Heydər Əliyevin çörək verdikləri ona qarşı çıxdılar” – Siyavuş Novruzov

“Bu gün burada oturanların hamısının üzərində onun haqqı var”

Yenicag.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xüsusi iclasında millət vəkili Siyavuş Novruzov deyib.

Siyavuş Novruzovun sözlərinə görə, hər zaman və hər kəsə qarşı ədalətli olan Heydər Əliyevin özü böyük ədalətsizliklərlə üzləşib:

“Mən çox arzulayardım ki, indi onun  haqqındakı müsbət çıxışlar 90-cı illərin əvvəllərində – Heydər Əliyevin o çıxışlara ehtiyacı olan vaxt ediləydi. Heç olmasa qəzetlərdə bir-iki məqalə yazılaydı. Heydər Əliyev də o məqalələrdən təskinlik alaydı. Çox təəssüf ki, vaxtı ilə Heydər Əliyevin vəzifə, fəxri ad, ev verdiyi insanların əksəriyyəti onun çağırışına məhəl qoymaraq, onunla görüşmədilər. Belə təəssüf doğuran hallar da olur. Bu gün burada oturanların hamısının üzərində onun haqqı var. Bizim borcumuz bu haqqı sona qədər qorumaqdır, onun layiqli davamçısı olan İlham Əliyevin siyasətini sona qədər dəstəkləməkdir”.

Araz Zeynalov

COP29