“Heydər Əliyevin heykəli ürəklərdədir” – Zahid Oruc

Bu gün Azərbaycan Milli Məclisinin Heydər Əliyevin 95 illiyinə həsr edilən xüsusi iclası keçirilir.

Yenicag.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Zahid Oruc ümummilli liderə qarşı aparılan kampaniyalardan danışıb:

“Meksikada onun heykəlinin götürülməsi məqsədi ilə kampaniya apardılar. Ancaq Heydər Əliyevin gücü və qüdrəti heykəllərdə deyil. Onun heykəli ürəklərdədir və əsas olan da budur. Ümumiyyətlə, Heydər Əliyevə qarşı çıxan heç kəs xeyir tapmayıb. Heç çörək də tapmayıb”.

Zahid Oruc çıxışında prezident İlham Əliyevi Heydər Əliyevin bioloji övladından çox, siyasi varisi kimi dəyərləndirib.

Araz Zeynalov