Heydərov istefa verdi: “Bizi vurmaq üçün…”

Azərbaycan Ağır Atletika millisinin baş məşqçisi Tofiq Heydərov vəzifəsindən istefa verib.

Yeniсag.az xəbər xəbər verir ki, o, bu barədə “facebook” hesabından paylaşım edib.

Heydərov bu addımı millidə olan dopinq problemlərinə görə atdığını bildirib:

“Hamıya məlumdur ki, mən və təsis etdiyim şirkətlər ağır atletika idman növünün inkişafına 20 ildir ki, dəstək olur. Bütün bu işlərin nəticəsi özünü Yay Olimpiya Oyunlarında göstərməli idi. Amma təəssüflər olsun ki, neçə illərdir çəkdiyimiz əziyyət süni maneələr yaradılaraq məhv edilir. Bu idman növündə dopinq “oyunu” bizi vurmaq üçün əla vasitə olub. 2010-cu ildə klublarımızın yeniyetmələri Avropa çempionatında və Yeniyetmələrin Olimpiya Oyunlarında medal qazanandan sonra bu çirkin əməllərə start verildi. Bu uğurlu çıxışlardan sonra 2011-ci ildə keçirilməli olan yeniyetmələrin dünya birinciliyindən ermənilər bizə görə imtina etdi. Həmən il Peruda keçirilən yarışda 5 medal qazanmaq şansımız var idi. Komandamız tarix yazacaqdı. İlk dopinq oyunu işə düşdü. Bunu idmanımızın içində olan xainlər etdi. Hansısa dərmanları öz məşqçilərimizin əli ilə uşaqlara verib, bizə zərbə vurdular. Bu oyunlar dəyişik üsullarla daim davam edir.

4 il əvvəl artıq yaşlılar arasında dünya çempionatından sonra, 2016-cı ildə Rio Yay Olimpiya Oyunları öncəsi uğur qazanmaq imkanı olan idmançılarımız yenə buna qurban getdilər. Belə şeylərə görə iki dəfə bu idman növünü bağlamağa qərar vermişik. Son dəfə federasiyamızın prezidenti Cahangir Əsgərov bütün səlahiyyətləri klub rəhbərliyinə həvalə etdi ki, qarşısı alınsın. Bir ildir ki, dopinqlə mübarizə aparmaq üçün nə oyunlara əl atmadıq. Xeyri olmadı. Daxildəki satqınlar, kərtənkələlər öz zəhərlərini idmançılarımıza, balalarımıza verib bizi rüsvay etdilər. İslam Oyunlarında Anastasiya və Hafiz müəllimin kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də IFW prezidenti başqa olmaqla rəhbərlərə söz vermişdim ki, komandamızda dopinq olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı”.

Yenicag.az

COP29