!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heyvanlar arasında təhlükəli "zombi virusu" YAYILDI - İnsanlara keçə bilər

!Reklam – Yazi

ABŞ-də marallar arasında yayılan “zombi virusu” insanlara keçə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Bildirilir ki, Şimali Amerikada beyin degenerasiyasına səbəb olan xəstəlik yayılmaqdadır.

İndiyədək “zombi virusu” maral və uzunqulaqlarda müşahidə edilib. Kolorado ştatının Fort Kollinz şəhərində özünəməxsus davranışı və bədən funksiyalarını itirən arıq heyvanlar müşahidə olunmağa başlayıb.

Xəstəlik son dərəcə təhlükəlidir, müalicəsi yoxdur və “dəli dana” xəstəliyinin bir növüdür.

Virusa yoluxan heyvanların ağzından çox miqdarda tüpürcək axmağa başlayır. Onlar xarici müdaxilələrə reaksiya vermir, insanlardan qorxmağı dayandırır və apatiya vəziyyətində yemək və suya ehtiyacı olmadan məqsədsiz şəkildə gəzirlər.

Alimlər istisna etmirlər ki, virus potensial olaraq növlərarası maneəni aşaraq digər heyvanlara, sonra isə insanlara yoluxa bilər.

Mütəxəssislər təşvişlə xəbərdarlıq edir ki, yoluxmuş heyvanların ətini yedikdə insanlara keçə bilən öldürücü bir infeksiyadır.

Xuraman Etibarlı

 

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv