!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heyvanlar yuxularında nə görür? - Maraqlı ARAŞDIRMA

!Reklam – Yazi

İnsanlar hər zaman başqa canlılarla bağlı yeni məlumatlar öyrənməyə can atırlar. Hətta bununla bağlı müxtəlif tədqiqatlar da aparılır. Belə araşdırmalardan biri də hər kəs tərəfindən düşünülən sual ətrafındadır: Heyvanlar yuxularında nə görürlər?

Yenicag.az xəbər verir ki, insanlar kimi heyvanlar da 3 yuxu mərhələsindən keçir: Oyanıqlıq, sürətli göz hərəkəti yuxusu (REM) və sürətli göz hərəkəti olmayan yuxu. Bu mərhələlərdən REM yuxuların görüldüyü anı ifadə edir.

ABŞ-nin Ohayo Dövlət Universitetinin əməkdaşı Lenne Lilli REM mərhələsinin itlərdə də insanlarla eyni olduğunu bildirir.

Aparılan təcrübələr də araşdırmaçının dediklərini təsdiq edir. Belə ki, Kanadanın “British Columbia” Universitetində aparılan tədqiqatlar nəticəsində itlərin günlük fəaliyyətlərinə dair, məsələn, quş qovmaları ilə bağlı yuxu gördükləri aşkarlanıb. Təcrübəni idarə edən professor Stenli Koren itlərin yuxu formasının insanlarla eyni olduğu qənaətinə vardıqlarını bildirib. Həmçinin fərqli it cinslərinin müxtəlif yuxu gördüyü təxmin edilir.

İtlər yuxuda ikən tərləyir, çənələri titrəyir və müxtəlif səslər çıxarırsa, bu onların kabus gördüyü anlamına gəlir.

Araşdırmalarda qeyd olunur ki, pişiklər də itlər kimi yuxuda eyni davranışları sərgiləyir.

www.yenicag.az

2003
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv