!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hibrid avtomobillər dizel mühərrikli maşınları tamamilə sıradan çıxarır? - AÇIQLAMA

!Reklam – Yazi

“Hibrid avtomobillərlə bağlı gömrük rüsumlarına yenidən baxılmalı və bəzi qayda-qanunlar yumşaldılmalıdır”.

Bu sözləri Azərbaycanda dizel mühərrikli avtomobillərlə bağlı vəziyyəti və tamamilə yığışdırılması ilə bağlı gözləntiləri dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, dizel mühərrikli avtomobillərin istifadədən çıxarılmasına zaman lazımdır. Bu prosesin birdən-birə həyata keçirilməsi iqtisadiyyata ciddi ziyan vura bilər:

“Azərbaycanda dizel mühərrikli avtomobillər tamamilə yığışdırıla bilər. Bu, dövlətin qarşıya qoyduğu məqsədlərdən asılıdır. Lakin qərar verilmədən öncə bir sıra amillər nəzərə alınmalıdır. Bu gün ölkənin avtomobil sənayesinin əsas hissəsini dizellə işləyən nəqliyyat vasitələri tutur. Xüsusən də yükdaşıma və kənd təsərrüfatı təyinatlı nəqliyyat vasitələri dizellə işləyir. Bundan başqa, vətəndaşların əksəriyyəti dizel mühərrikli avtomobillərə maraqlıdır. Bunun səbəbi dizel mühərrikli avtomobillərin daha səmərəli olması, ehtiyat hissələrinin qiymətinin və sərf olunan yanacağın qiymətinin ucuz olmasıdır.

Dünya ölkələrinin hibridləşməsini nəzərə alsaq, dizel mühərrikli avtomobilləri elektriklə işləyən avtomobillər əvəz edə bilər. Hətta buna ehtiyac var. Qlobal istiləşmə, ekoloji problemlər fonunda hibrid avtomobillərə üstünlük verilməsi arzuolunandır. Lakin hibrid avtomobillərlə bağlı gömrük rüsumlarına yenidən baxılmalı və bəzi qayda-qanunlar yumşaldılmalıdır. Bu halda avtomobl parkının hibridləşməsi prosesi sürətlənə bilər.

Gülşən Şərif

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv