!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hibrid avtomobillər ödənişli yola buraxılmır? - RƏSMİ AÇIQLAMA - VİDEO

!Reklam – Yazi

Sosial şəbəkələrdə hibrid avtomobillərinin Bakı-Quba-Rusiya Federasiyası ödənişli yoluna buraxılmaması barədə iddialar yayılıb. Sosial şəbəkədə video paylaşan sürücü bildirib ki, yolun girişindəki elektron lövhədə “Hibrid giriş yoxdur” yazısı qeyd olunub.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, bu iddialar əsassızdır:

“Orada “hibrid avtomobillər” sözü yazılmayıb. “Hibrid giriş yoxdur” yazılıb. Bu isə sisitemə aid olan məsələdir.

Həmin zaman sistemdə yoxlamalar aparılıb. Bu səbəbdən sözügedən yazı lövhədə əks olunub. O lövhədə “Xoş gəldiniz, xoş getdiniz” və yaxud digər yazılar da yazıla bilər.

Bir sözlə, hibrid avtomobillərinin ödənişli yola buraxılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur və ola da bilməz”, – deyə o qeyd edib.

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv