!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hicab bağlayan AZƏRBAYCANLI MƏŞHURLAR - Hansı sizi daha çox təəccübləndirir? - VİDEO  

!Reklam – Yazi

Dünya ulduzları sırasında vaxtilə istədiyi kimi geyinib, istədiyi kimi rahat həyat tərzi keçirən, amma sonradan mənəviyyata üstünlük verdiklərini və bu səbəbdən hicab bağladıqlarını etiraf edən xanım sənətçilər olub və bu gün də var.

Elə Azərbaycanda da sonradan hicaba keçən məşhur xanımlar az deyil.

Müğənni Xuraman Şuşalı ailə qurmadan öncə həyat yoldaşının istəyi və eyni zamanda öz arzusu ilə hicab bağlamağa başlayıb. Həyat yoldaşı da dindar olan sənətçi daha öncə hicaba keçmədiyi üçün təəssüfləndiyini də deyib. Xuraman hicab bağlayandan sonra işlərinin yaxşı getdiyini, hətta qazancının artdığını da etiraf edib.

Xalq artisti Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova da hicablı xanımdır. Sənətçi hicabın ona səhnədə heç vaxt mane olmadığını, qadağalarla qarşılaşmadığını, əksinə, istər Azərbaycanda, istərsə də xarici ölkə səfərlərində bütün səhnələrin üzünə açıq olduğunu etiraf edib.

Əməkdar artist, aktrisa Mehriban Xanlarova da Həcc ziyarətindən qayıtdıqdan sonra bir müddət hicab bağlayıb. O, “Maşın” realiti-şousuna hicabda çıxmışdı. Amma sonradan hicabdan imtina edib.

Sənətçi bunun səbəbəbini aktrisa olması və cəmiyyətdə qarşılaşdığı çətinliklərlə əlaqələndirib.

“Daxilimdə Mehriban deyirdi hicabdan çıxma, amma məni rejissorlar filmə, seriala dəvət etmirdi, efirə çağırmırdılar”, – deyən aktrisa buna görə də hicab bağlamayacağına qərar verib.

Hicablılar sırasında modelyer Leyla Əhmədova da var. Sonradan hicaba keçən məşhur simalar sırasında yer alan modelyer daha çox bər-bəzəkli, aksesuarlarla bəzədilmiş baş örtüyündən istifadə edir. Onu da qeyd edək ki, Leyla Əhmədova media gündəmində daha çox qalmaqalları ilə də yadda qalıb.

Hicablı məşhurlar sırasında 2000-ci illərin məşhur modellərindən biri olan Səbinə Allahverdiyeva da var. Model ailə qurandan sonra podiumdan uzaqlaşıb və hicaba keçib. Mərhum həyat yoldaşı rejissor Şahin Zəkizadə dünyasını dəyişəndən sonra o, Türkiyəyə köçüb. Hazırda qardaş ölkədə vizajist kimi fəaliyyətini davam etdirir.

Hicab bağlayan bu məşhurlardan hansı sizi daha çox təəccübləndirir? Şərhlərinizi gözləyirik.

Cəvahir

www.yenicag.az

2141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv