!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hicabsız olduğuna görə döyülən 16 yaşlı qız KOMAYA DÜŞDÜ - FOTO

!Reklam – Yazi

16 yaşlı iranlı qız metroda zorla saxlanıldıqdan sonra komaya düşüb.

Yenicag.az xəbər verir ki, Müstəqil insan haqları təşkilatı Hengaw-un məlumatına görə, metroda insident oktyabrın 3-ü baş verib.

Səlahiyyətlilər onu platformada saxlayıb və başını örtməsini tələb ediblər. Qız bundan imtina etdikdə ona qarşı kobud güc tətbiq edib, nəticədə o, yaxınlıqdakı hərbi hospitala aparılıb.

Hakimiyyət xəsarətlərin polis əməkdaşları tərəfindən törədildiyini qəti şəkildə inkar edir, lakin Hengaw fəalları bunu təkid edirlər.

Görüntülərdə Armita Geravandın iki dostunun müşayiəti ilə yaxınlaşan qatara doğru getdiyi görünür.

Polislə insident onlar vaqona girməyə hazırlaşmazdan əvvəl baş verib. Görünür, yalnız o, başı açıq, yəni hicabsız idi. Videoda sərnişinlərin qızı vaqonun qapılarından uzaqlaşdırdıqları görünür və  belə nəticəyə gəlmək olar ki, o, çox tez huşunu itirib.

Hüquq müdafiəçiləri xəstəxana çarpayısında huşsuz vəziyyətdə olan qızın fotosunu dərc ediblər.

“Biz bu işi diqqətlə izləyirik, qız reanimasiya şöbəsində komadadır. Onun qohumları xəstəxanada mülki geyimli çoxlu adamların olduğunu deyir”, – adının açıqlanmasını istəməyən iranlı fəallardan biri Reuters agentliyinə bildirib.

Digər fəal bildirib ki, hakimiyyət qızın valideynlərinə onun fotolarını sosial şəbəkələrdə dərc etməyi və hüquq müdafiəçiləri ilə əlaqə saxlamağı qadağan edib.

Armita Geravand məsələsi, 2022-ci ildə, 22 yaşlı Mahsa Amininin oxşar şəraitdə əxlaq polisinin əlində öldüyü zaman olduğu kimi, böyük ictimai etiraza səbəb ola bilər.

Xuraman Etibarlı

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv