!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hikmət Hacıyev Bruno Pozzi ilə görüşdü

!Reklam – Yazi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa ofisinin direktoru Bruno Pozzi ilə Ermənistanın 30 il davam etmiş hərbi işğalının Azərbaycana vurduğu ekoloji ziyanın nəticələrini müzakirə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Avropa ofisinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya səfərini müzakirə etdik. Ermənistanın 30 ildir davam edən hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv