!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə görüşdü

!Reklam – Yazi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Yenicag.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidməti Hikmət Hacıyevlə Armen Qriqoryan arasında baş tutan görüşə dair bəyanat yayıb.

Bildirilib ki, Şarl Mişelin diplomatik müşavirləri Simon Mordue və Maqdalena Qrononun ev sahibliyi etdiyi görüşdə Almaniya Kanslerinin siyasi müşaviri Yens Plötner və Fransa Prezidentinin siyasi müşaviri Emmanuel Bonno, həmçinin, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

Qeyd olunub ki, Şarl Mişel də qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub.

Vurğulanıb ki, Aİ iştirakçıları bölgədəki hazırkı vəziyyətə və yerli əhalinin təcili ehtiyaclarının qarşılanmasına hədəflənmiş müxtəlif səylərə dair fikir mübadiləsi aparmağa dəvət edib.

Əlavə olunub ki, Hikmət Hacıyev yerli əhali üçün humanitar yardımın göstərilməsinə, həmçinin, onların təhlükəsizliyinin təmin edilməsinə dair Azərbaycanın planlarını diqqətə çatdırıb.

Hikmət Hacıyev və Armen Qriqoryan Ermənistan-Azərbaycan sülh prosesinin irəliləməsi üçün sərhədlərin delimitasiyası, təhlükəsizlik, kommunikasiyalar, humanitar məsələlər və sülh müqaviləsi kimi mümkün konkret addımları müzakirə ediblər.

Aİ-nin bəyanatında ​​normallaşma prosesinin bütün sahələrində konkret fəaliyyətə ehtiyac olduğu vurğulanır.

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv