!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hilton Oteldə Təhsil və Peşə Mərkəzlərinin sərgisi keçirildi - FOTOLAR

!Reklam – Yazi

Oktyabrın 16-da Hilton Oteldə Təhsil və Peşə Mərkəzlərinin 1ci Tanıtım Sərgisi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir ilk öncə torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canını fəda etmiş ölməz şəhidləri 1 dəqiqəlik sükula yad etməklə başlanılıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdikdən sonra tədbirin məqsədi qeyd olunub. Sərginin keçirilməsində məqsəd, təhsil və peşə mərkəzlərinin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və eyni zamanda xidmətləri haqqında daha geniş məlumat verməkdir.

Bildirildi ki , sərgi Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dövlət Məşğulluq agentliyinin Mərkəzi Karyera Filialı və Peşə Təhsili üzrə dövlət agentliyinin tərəfdaşlığı və “World” Karyera və Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Açılış tədbirində Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Dövlət Məşğulluq agentliyinin Mərkəzi Karyera filialının aparıcı mütəxəssisi Mikayıl Tağıyev, Peşə Təhsili üzrə Dövlət agentliyi işəgötürənlərlə iş və innovativ layihələr üzrə şöbə müdirinin müavini Nigar xanım İsmayılzadə, AzPrint Şirkətinin direktoru Səidə Qasımova, Əməkdar Müəllim Həlimə Mehdiyeva, Xətai Psixologiya və Nitq İnkişaf Mərkəzinin təsisçisi Mələknisə xanım Hümmətova, Compar Academy şirkətinin qrafik dizayner müəllimi Ceyhun Məmmədov çıxış edərək Tədbirin əhəmiyyəti bir daha vurğulayıblar.

Yeni tədris ilinin başlanğıcında təhsili və karyerası ilə bağlı yeni qərarlar vermək istəyən şəxslər bu sərgidə iştirak edən təhsil və peşə mərkəzlərinin xidmətləri haqqında 1 gün boyunca canlı və ətraflı məlumat ala biləcək. Sərgidə öz auditoriyası ilə canlı ünsiyyət qurmaq, daha çox potensial müştəriyə çatmaq və fəaliyyətini genişləndirmək istəyən mərkəzlər iştirak edib.

Sərgi ziyarətçiləri 10:00 – 18:00 aralığında Həm Təhsil Mərkəzlərinin müxtəlif Endirim və Hədiyyələrindən faydalandılar, həm də müxtəlif mövzularda keçirilən seminar və təqdimatlarda Ödənişsiz iştirak ediblər.

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv