862c5e16d669ee543b7873e0e2785f7cÇinin “HNA Tourism Group” konqlomeratı “Hilton Worldwide Holdings Inc.” otellər şəbəkəsinin səhmlərinin 25%-ni (247,5 mln. ədəd səhm) “Blackstone” investisiya fondundan 6,5 mlrd. dollara əldə olunması ilə bağlı razılığa gəlib.

Çin şirkəti hər səhmə görə 26,25 dollar ödəyəcək. Bununla da Çin şirkəti şəbəkənin ən iri səhmdarı olacaq.

Gözlənilir ki, Çin şirkətinin iki nümayəndəsi “Hilton”un Direktorlar Şurasına daxil olacaq. Bununla belə, “Blackstone” şirkətinin iki nümayəndəsi öz portfelini qoruyacaq. Onlardan biri Direktorlar Şurasının sədri Conatan Qreydir.

Bu xəbər yayıldıqdan sonra “Hilton”un səhmləri 1,4% bahalaşıb. Şirkətin kapitallaşması isə 22,7 mlrd. dəyərində qiymətləndirilir. Şirkət 104 ölkədə 4 700-dən artıq daşınmaz əmlaka sahibdir.

Qeyd edək ki, Azərbaycanda da “Hilton” brendi altında otel fəaliyyət göstərir. “Hilton Baku” oteli 2011-ci ilin oktyabr ayının 3-də açılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."