!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Himalay buzlaqları sürətlə əriyir

!Reklam – Yazi

Himalay buzlaqları indiyə qədər qeydə alınan ən sürətlə əriyir.

Yenicag.az xəbər verir ki, planetimiz həddindən artıq istiləşməyə davam edərsə, temperaturun orta hesabla 4 dərəcə Selsi artması bu əsrin sonuna qədər Himalay buzlaqlarında buzun 80%-ə qədərinin itirilməsinə səbəb ola bilər.

Hindukuş Himalay bölgəsindəki buzlaqların 2010-cu illərdə əvvəlki onillikdən 65% daha sürətli əridiyini bildirən yeni ICIMOD hesabatında belə bir xəbərdarlıq var.

Hindukuş bölgəsi 16 Asiya ölkəsindən axan 12 çayı qidalandıraraq 2 milyarda yaxın insanı şirin su ilə təmin edir. Buzlaqların əriməsi onlar üçün fəlakətli nəticələrə gətirib çıxaracaq, daşqınlara, sürüşmələrə, uçqunlara və məhsul itkisinə səbəb olacaq.

Alimlər planetimizin həddindən artıq istiləşməsini ləngitməyin vacibliyini vurğulayırlar.

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv