!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Himayədar ailə olmağa imkan verməyən xəstəliklər müəyyənləşdi

!Reklam – Yazi

 

 

Himayədar ailə olmağa imkan verməyən xəstəliklər müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” qərarına dəyişiklik edib.

Beləliklə, dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi, bütün növ infeksion (yoluxucu) xəstəliklər, lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr, dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları və narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm həm də himayədar ailə olmağa imkan verməyən xəstəliklər olacaq.

Bundan əvvəl bu xəstəliklər övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklər siyahısında olub.

 

 

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv