!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hindistan İrəvanı niyə silahlandırır? - AÇIQLAMA

!Reklam – Yazi

Ermənistan Hindistan üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır. İrəvan hər zaman Kəşmir məsələsində Hindistanı qeyd-şərtsiz dəstəkləyib, Ermənistan hər zaman Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyini dəstəkləyib. Ermənistan regionda Hindistanla dostluq əlaqələri olan yeganə ölkədir.

Yenicag.az Armenian News-a istinadla xəbər verir ki, bunu “Hindistan-Ermənistan Dostluğu” qeyri-hökumət təşkilatının sədri Ranancay Anand deyib.

Onun sözlərinə görə, geosiyasi məsələlərdə rəsmi Dehli və İrəvan ümumi maraqları güdürlər.

O izah edib ki, Hindistanın Azərbaycan və Gürcüstanla da yaxşı əlaqələri var:

“Ancaq Ermənistanın təhlükəsizlik problemlərini nəzərə alaraq, Hindistan İrəvana dəstək verməyə çalışır. Söhbət regionda sülhün qorunması adı ilə qüvvələr balansının yaradılmasından gedir ki, bölgədə gərginlik yaranmasın, yeni təcavüzkarlar meydana çıxmasın. Ermənistanla dostluq başqa ölkələrlə düşmənçilik demək deyil, regionda qüvvələr balansı yaradırıq”, – deyə ekspert qeyd edib.

O bildirib ki, Hindistan nominal ÜDM-ə görə dünyada beşinci, alıcılıq qabiliyyətinə görə isə üçüncü ən böyük iqtisadiyyatdır.

“Yaxın gələcəkdə qlobal inkişafda liderin Çin deyil, Hindistan olacağı proqnozlaşdırılır. Hindistanın həm geosiyasət, həm tranzit imkanları, həm də enerji təhlükəsizliyi baxımından Cənubi Qafqazda öz maraqları var. Ermənistanın “Dünyanın kəsişməsi” layihəsi Hindistanın yanaşmaları ilə üst-üstə düşür”, – deyə Ranancay Anand fikirlərini yekunlaşdırıb.

 

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv