!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hindistan MƏHDUDİYYƏT QOYDU: Düyünün qiyməti bahalaşacaq?

!Reklam – Yazi

“Hazırda düyünün qiymətinin bahalaşmasına iqtisadi bir təzyiq yoxdur”.

Bu sözləri Hindistanın düyünün ixracına məhdudiyyətlər tətbiq etməsinin Azərbaycan bazarına mümkün təsirlərini şərh edərkən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında deyib.

 

O, dünya bazarından asılı olaraq ölkədə düyünün qiymətinin müəyyənləşəcəyini bildirib:

“Hazırda dünya bazarında düyünün qiyməti sabitdir. Əgər Hindistan bu məhsulun dünya bazarına çıxışına məhdudiyyətlər tətbiq etsə, qiymətlərdə artım müşahidə ediləcək. Təbii ki, belə olduqda Azərbaycanda da düyünün qiyməti artacaq. Məsələ burasındadır ki, bu mövsüm dünyada düyünün məhsuldarlığı yüksəkdir. Ona görə də, ola bilsin ki, Hindistan düyüsünə qoyulan məhdudiyyətlər dünya bazarına ciddi təsir etməsin.

Hindistanın düyü ixracına məhdudiyyətlər tətbiq etməsi azərbaycanlı sahibkarlar üçün bir siqnal ola bilər. Yəni yerli sahibkarlar bu informasiya əsasında qiymətləri qaldıra bilər. İndi qiymətin artırılıb, artırılmayacağı Azərbaycana düyü gətirənlərin insafına qalıb. Hazırda isə düyünün qiymətinin bahalaşmasına iqtisadi bir təzyiq yoxdur”.

Sadiq Cavadov

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv