!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hindistanda DƏHŞƏT: 35 nəfər quyuya düşüb öldü

!Reklam – Yazi

Hindistanın İndor şəhərində (Madhya Pradeş) məbəddə bir qrup dindar pilləli quyuya düşüb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 35 nəfər ölüb.

Bir nəfər itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Faciə cümə axşamı günorta radələrində (Bakı vaxtı ilə 11:00) möminlər Vişnu tanrısının avatarlarından biri kimi hörmət edilən əfsanəvi kral Ramanın zühur gününü qeyd etmək üçün İndordakı hindu məbədinə toplaşarkən baş verib. Eni bir neçə metr olan quyunun qapağı yıxılan çoxlu sayda insanın ağırlığına tab gətirə bilməyib.
Pilləli quyular 19-cu əsrə və müasir santexnika sisteminin yaranmasına qədər Hindistan və Pakistanda geniş yayılıb. Hazırda onların əksəriyyəti təyinatı üzrə istifadə olunmur, turistik məkanlar və memarlıq abidələri kimi xidmət edir.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv