Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hindistanda dəhşət - Bu xəstəlik 128 uşağın həyatına son qoydu

Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında üç həftə ərzində kəskin ensefalit xəstəliyindən ölən uşaqların sayı 128 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, ölümlə nəticələnən hallar Vayşali və Samastipur dairələrində müşahidə edilib.

Ən çox ölüm halları isə Muzaffarpur şəhərində qeydə alınıb. Hazırda ştatın xəstəxanalarında ensefalit xəstəliyindən 450-yə yaxın uşaq müalicə alır, onların bəzilərinin vəziyyəti çox ağır qiymətləndirilir.

Həkimlər kəskin ensefalit xəstəliyinin artmasına regionda davam edən yüksək rütubətli anomal istilərin səbəb olduğunu bildirilər. Bu xəstəliyə ən çox 15 yaşınadək uşaqlar tutulur. Kəskin ensefalit pasientdə qızdırmaya, oriyentasiyanın itməsinə və bəzi hallarda komatoz vəziyyətə səbəb olur. Xəstəlik yay mövsümündə Muzaffarpur rayonunda tez-tez baş qaldırır.

1970-ci illərin sonlarında Hindistanda ilk ensefalit epidemiyası qeydə alındıqdan bu yana Bihar və qonşu Uttar-Pradeş ştatlarında minlərlə uşaq həyatını itirib.

Son həftələr Bihar ştatında bu mövsüm üçün xarakterik olmayan isti hava şəraiti hökm sürür. Burada termometrlərin göstəricisi gün ərzində 40 dərəcədən aşağı düşmür. İyunun 10-da isə temperatur 50 dərəcəni keçib.

Loading...

www.yenicag.az

2396
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100