!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hindistanda müsəlmanlara qarşı nifrət çıxışları artır” - Reuters

!Reklam – Yazi

Hindistanda müsəlmanlara qarşı nifrət çıxışları artmaqdadır.

Yenicag.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən qrup araşdırma aparıb.

Araşdırma qrupu bu bazar ertəsi bildirib ki, Hindistanda müsəlmanlara qarşı nifrət çıxışları 2023-cü ilin ikinci yarısında ilin ilk altı ayı ilə müqayisədə 62% artıb. Qrup əlavə edib ki, İsrail-Qəzza müharibəsi son üç ay əsas rol oynayıb.

“India Hate Lab” (Hindistan Nifrət Laboratoriyası) 2023-cü ildə müsəlmanlara qarşı nifrət çıxışları ilə bağlı 668 hadisəni sənədləşdirib. Onlardan 255-i ilin birinci yarısında, 413-ü isə 2023-cü ilin son altı ayında baş verib.

Hesabata görə, bu hadisələrin təxminən 75%-i və ya 498-i Baş nazir Narendra Modinin hindu millətçi Bharatiya Janata Partiyasının (BJP) idarə etdiyi ştatlarda baş verib.
Ən çox nifrət dolu çıxış Maharaştra, Uttar Pradeş və Madhya Pradeş ştatlarında qeydə alınıb.

Xuraman Etibarlı

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv