!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hindistanın Paşinyana silah satmaq qərarının SƏBƏBİ: "Ermənistan elə bir gücə malik deyil ki..." - RƏY

!Reklam – Yazi

“Azərbaycanın əlində olan vasitələr havadan gələcək təhlükələrin qarşısını ala biləcək gücdədir”.

Bu sözləri Ermənistanın Hindistandan orta mənzilli hava hücumundan müdafiə sistemləri alması ilə bağlı danışıqlar aparmasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Ermənistan dağılmış arsenalını bərpa etməyə məcburdur:

“Hindistan Azərbaycanla Pakistan arasındakı isti münasibətlər fonunda bunu edir. Digər tərəfdən, Hindistanın biznesmenləri pula görə hər şeyə gedirlər. Embarqoları aşıb, Rusiya ilə də al-ver ediblər.

Rus silahının 44 günlük Vətən müharibəsində özünü doğrultmaması, həmçinin Ermənistanla Rusiya arasındakı soyuq münasibətlər onu digər bazarlar axtarmağa vadar edir. Nəzərə alaq ki, 44 günlük müharibədə digər silahlarla yanaşı Ermənistanın hava hücumundan müdafiə sistemlərinin böyük hissəsi tərəfimizdən məhv edilib. Bunun yeri doldurulmalıdır. Ermənistan dövlətdirsə, müdafiə qabiliyyətini artırmaq üçün silah almalıdır.

Hər bir halda Azərbaycanın əlində olan vasitələr təkcə İsrail istehsalı olan “Barak-8″ deyil, digər ölkələrdən də alınmış hava hücumundan müdafiə sistemləri var. Azərbaycanın əlində olan vasitələr havadan gələcək təhlükələrin qarşısını ala biləcək gücdədir.

Ermənistanla Hindistan arasında silah ticarəti bundan sonra da olacaq. Bundan əlavə, Ermənistan elə bir gücə malik deyil ki, silahlanmasını Azərbaycandan üstün apara bilsin. Ermənistan hələki itirdiyi silahların yerini doldurmaqla məşğul olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv