!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hindistanın sursat satışı: "Silahların Zəngəzur dəhlizi ilə bağlı yarana biləcək toqquşmalarda..."

!Reklam – Yazi

“Azərbaycan-Türkiyə-Pakistan üçbucağı bu gün bəzi qüvvələr tərəfindən diqqətlə izlənilməkdədir”.

Bu fikirləri Hindistanın Ermənistana silah satışlarının həyata keçirməsinin regionda və ölkələr arasında münasibətlərə təsirini dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Ekspert qeyd edib ki, Hindistanın da regiondan keçən mühüm nəqliyyat dəhlizlərində təsir gücünü artırmaq məqsədləri var:

“İndiyədək Rusiyanın hesabına silah arsenalını genişləndirmək istəyən Ermənistan müharibədən sonrakı dövrdə Rusiyanın əvvəlki qədər erməniləri dəstəkləməməsi silah tədarükü məsələlərinə də sual yaradır. Ardınca Rusiya-Ukrayna müharibəsinin baş verməsi Ermənistanın adıçəkilən ölkədən silah alışına mənfi təsir etdi. Hazırda Ermənistanın əsas məqsədi silah mənbəyi tapmaqdır və eyni zamanda, burada siyasi məqsədlər də gizlənir. Bir neçə ölkə ilə bu istiqamətdə danışıqlar getsə də, indiki situasiyada əsas silah tədarükü həyata keçirən ölkələr İran və Hindistandır. Sual yarana bilər ki, burada Hindistanın maraqları nədən ibarətdir? Burada iki məqsəd vardır: regionda Azərbaycanla əlaqələrini gücləndirən Pakistan amili və bölgədən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti.

Bildiyimiz kimi, Pakistanın Azərbaycanla, eləcə də Türkiyəylə əlaqələrinin möhkəmləndirməsi siyasi dairələrin gözündən yan keçmir. Əsasən, Azərbaycan-Türkiyə-Pakistan üçbucağı bu gün bəzi qüvvələr tərəfindən diqqətlə izlənilməkdədir. Hindistan da Pakistana qarşı olaraq bölgədə öz nüfuzunu artırmaq niyyətindədir. İkinci bir məsələ də, qeyd etdiyimiz kimi, regiondan keçən mühüm əhəmiyyətə malik nəqliyyat dəhlizləridir. Həmin dəhlizlər təkcə bu coğrafiya üçün deyil, bütövlükdə Avrasiya üçün önəm kəsb edir. Buna görə də siyasi mübarizənin səbəblərindən biri kimi Zəngəzur dəhlizini qeyd etmək lazımdır. Əgər Çinin təşəbbüs göstərdiyi “Bir kəmər-bir yol” layihəsi reallaşdığı zaman Hindistanın da layihədə olması istəyi ilə bağlıdır. Bu “daşları öz yerinə qoysaq”, məlum olar ki, Hindistanın bölgəyə maraq göstərməsi səbəbsiz deyil.

Bir nüansı da qeyd etmək lazımdır ki, bu proseslər Hindistan-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilir. Əslində, bu gün Hindistan-Azərbaycan münasibətləri müharibədən sonrakı dövr ərzində heç də yaxşı yerdə qərar tutmayıb. Xüsusən bir məqamı diqqətə almaq lazımdır ki, Ermənistanın İran və Azərbaycanın yerləşdiyi Orta Dəhlizə Fars körfəzi vasitəsiylə alternativ yol təqdim edilməsi, həmçinin Hindistanın da buradakı aktivliyi də nəzərdən qaçmamalıdır. Bu məsələyə iki ölkə arasındakı münbasibətlərə daha geniş konteksdə baxmaq lazımdır. İndiyədək silah daşınmasıyla bağlı müəyyən kanallar vasitəsiylə qarşı tərəfə mövqeyimiz çatdırılıb. Ümumilikdə, bütün bu silah satışları hərbi baxımdan Ermənistanla aramızdakı fərqi çox da dəyişməyəcək. Amma yenə də Ermənistanın müqavimətini artıra biləcək məqamların olduğunu nəzərə almalıyıq.

Qarabağ məsələsinin Ermənistan üçün arxa planda qaldığını nəzərə alsaq, əldə olunan silahların daha çox Zəngəzur dəhlizi ilə bağlı yarana biləcək toqquşmalarda istifadəsi daha inandırıcıdır. Sərhədlərin dəyişdirilməz olması məsələsində isə, İranın və Hindistanın mövqeləri üst-üstə düşür. Bu proses daha çox tərəflər arasında balansın pozulmasının qarşısını almağa yönəlmiş addımlardır”.

Yusif Səmədzadə

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv