!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hindistanlılar Göygöldə toy edə biləcəklər

!Reklam – Yazi

“Hindistandan Azərbaycana toy etmək üçün gələn turistlərə Azərbaycanın Qərb bölgəsində, həmçinin Göygöl ətrafında lazımi şərait yaradıla bilər”.

Yenicag.az xəbər verir ki, bunu Report-a Dövlət Turizm Agentliyinin Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov bildirib.

Onun sözlərinə görə, bununla bağlı işlər həyata keçirilir: “Biz Hindistandan, Pakistandan, ərəb ölkələrindən olan turistlərin regiona cəlb edilməsində maraqlıyıq. Eyni zamanda toy etmək üçün bura gələn hindistanlılara müxtəlif məkanları, hətta Göygölün ətrafındakı ərazini təklif edə bilərik. Hazırda bu regionun turizm imkanlarının tanıdılması istiqamətində işlər həyata keçirilir.

Gəlmə turizmi ilə məşğul olan şirkətlər bildiriblər ki, ərəb turistləri bir neçə dəfə Gəncə regionunda olublar. Amma məlumatsızlığa və yaxud maarifləndirmənin zəif olmasına görə, ərəblər bu regiona az gəlir. Qeyd edilən ölkələrdən olan turizm şirkətləri də Azərbaycanda yeni turizm istiqamətlərinin olmasında maraqlıdır”.

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv