!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hiss yeni mahnısının təqdimatı üçün “Xəzər FM”i seçdi - FOTO

!Reklam – Yazi

Gənc müğənni Hiss yeni mahnısının təqdimatı üçün “Xəzər FM”i seçdi.  “Çək” adlanan mahnının müəllifi Əli Bağırzadədir. Müğənni  bu mahnını radio aparıcı İsgəndər İbrahimovla birlikdə “Xəzər FM”-in efirində təqdim edib. Pərəstişkarları onun “Çək” mahnısını iyulun 16-dan digər radio dalğalarında da dinləyə biləcəklər.
“Unuduram səni mən” adlanan ilk albomun PROMO mahnısını eksklüziv olaraq “Xəzər FM”-in dinləyicilərinə təqdim edən istedadlı müğənni üzümüzə gələn həftələrdə daha iki mahnısını da məhz burada  musiqisevərlərin ixtiyarına verəcək. Qeyd edək ki, yeni albom məşhur səsyazma şirkətlərindən “Warner Music Group”un Türkiyə filialı (Warner Turkey) tərəfindən hazırlanıb. Radio Departamentin direktoru Denis Mayorov bildirib ki, albomun bütün hazırlıq mərhələləri həmin şirkət tərəfindən gerçəkləşib: “Çək” mahnısı üçün klip də hazırlanıb. Klip yaxın vaxtlarda Hissin pərəstişkarlarına təqdim olunacaq”.

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv