Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Hitleri biz doğmadıq”

скачанные файлы (1)“Qoy, Almaniya şəxsi keçmişini xatırlasın, Hitleri biz doğmadıq”
Region Almaniyanın dövlət və hökumət rəhbərlərinin “erməni soyqırımı” ilə bağlı sərsəm açıqlamaları və Türkiyə tərəfinin onlara tutarlı cavabları Federativ Respublikanın mətbuatında əsl rezonans doğurub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, ölkənin “Der Westen” qəzeti yazır ki, Türkiyənin dövlət xadimləri “erməni soyqırımı” faktını tanımağa cəsarət göstərən bütün ölkələri ittiham edirlər. Məsələn, Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli bildirib ki, Almaniya özü tarixindən utanmalıdır.

Bu partiya qarşıdan gələn parlament seçkisi kampaniyasına Almaniyadan start verib. D.Bahçeli seçkiqabağı kampaniyası çərçivəsində Almaniyanın Nordrhein-Westfalen Federativ dairəsinin Oberhauzen şəhərindəki “König-Pilsener-Arena” kompleksində bu ölkədə yaşayan 10 min türklə görüşüb.

“Der Westen” diqqətə çatdırır ki, MHP sədri ermənilərin qondarma soyqırım iddiaları ilə bağlı Almaniyada yaşanan son hadisələrə toxunub, almanların törətdiyi günahları xatırladıb: “Hamı – kürdlər, ermənilər, assuriyalılar bizdən şikayət edir, bizdən nəsə umurlar. Hamısı “soyqırım” məsələsində lobbiçilik həyata keçirirlər. Onlar Türkiyəni qaralamaq istəyirlər. Ancaq Almaniya “soyqırım” haqqında necə danışa bilər, onun haqqı yoxdur? I dünya müharibəsi illərində hamımızı eyni tale gözləyirdi. Almanlar, ilk növbədə, şəxsi tarixləri ilə üz-üzə qalmalı, tarixlərini yenidən nəzərdən keçirməlidirlər. Hitleri biz doğmadıq. Biz insanları qaz kameralarında öldürmürdük. Türkiyə heç vaxt soyqırım etməyib”.

Xatırladaq ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

212