!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hitlerin kəlamları ilə təlim keçən polislər: Qəddarlıq, şiddət, qətl... - DƏHŞƏTLİ FAKTLAR

!Reklam – Yazi

Amerika Birləşmiş Ştatlarında (ABŞ) polislərlə bağlı aparılan araşdırma bütün dünyanı dəhşətə düşürüb.

Yenicag.az xəbər verir ki, “The New York Times” nəşri ABŞ polisini fərqli ölkələrin polisləri ilə müqayisə edib.

Kanada, Böyük Britaniya, Almaniya, İtaliya və Gürcüstan polisləri ilə ABŞ polisləri arasında aparılan müqayisə nəticəsində dəhşətverici mənzərə ortaya çıxıb.

Aydın olub ki, ABŞ polisi digər bütün ölkələrin polisindən daha çox mülki şəxs öldürür.

Həmçinin ABŞ polisi 95 ölkə polisindən daha az təlimdə iştirak edir. Maraqlısı isə budur ki, ölkədə bərbər belə 1300 saat təlimdə iştirak edərkən, polislər sadəcə 647 saat təlimə qatılır.

Dünyada ən ağır silahların da məhz amerikan polisində olduğunu söyləmək yerinə düşər. Belə ki, ABŞ polisi dünyada ən çox ağır silaha sahib polisdir.

Nəşrin fərqli ölkələrdəki insanlar arasında hərbi geyimli 4 şəxsin fotoşəkli ilə keçirdiyi sorğu da maraqlı nəticələnib. “Şəkillərdən hansılar əsgər şəklidir?” sualını heç kəs cavablandıra bilməyib. Müxtəlif rəqəmlər səsləndirən respondentlər şəkildəkilərin hamısının polis olduğunu öyrəndikdə isə təəccübləniblər.

Ancaq amerikan polisi haqqında dəhşətverici reallıq bununla da bitmir. Kentukki Polis Akademiyasında “Savaşçı düşüncə” başlığı ilə keçirilən dərslərdə Adolf Hitlerin sözləri polislərə öyrədilirmiş:

  • “Şiddətə daha böyük şiddətlə qarşılıq verin”
  • “Sevgi dolu bir ata, həyat yoldaşı və dost olduğunuz kimi, qəddar qatil də olacaqsınız”.

ABŞ polisinin ölkədəki qaradərili vətəndaşları ağdərililərə nisbətdə 3 dəfə çox öldürdüyü də araşdırmada qeyd edilib.

ABŞ polisi sisteminə görə polislərin toxunulmazlığı var. Polislərin iştirak etdiyi bir çox hadisədə cinayət işinin belə açılmasına icazə verilmir.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv