!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hizbullah” İsraili raket atəşinə tutdu

!Reklam – Yazi

Livanın “Hizbullah” qruplaşmasının silahlıları İsrailin şimal bölgələri istiqamətində 60-dan çox raket atıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Kiryat Şmona şəhərinə 20-yə yaxın raket düşüb, hücum nəticəsində 65 yaşlı kişi yaralanıb. İsrail Müdafiə Qüvvələri raketlərin əksəriyyətinin İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib.

Nəşrin məlumatına görə, ilk zərbəyə məruz qalan Kiryat Şmona olub. Şəhərdə evlərə və avtomobillərə, o cümlədən təcili yardım maşınına ziyan dəyib. 20 raketdən 10-u İsrail ərazisinə çatıb, qalanları hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hücum nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilişi kəsilib.

Daha sonra “Hizbullah” Livanla sərhəddə yerləşən Qaliley Panhandl bölgəsinə 40 raket atıb. İsrail ərazisinə ikinci hücum nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd olunur ki, İsrail hərbçiləri Mərkəbə, Taibah, Kəfr Qila və Odaisa şəhərlərinin hədəflərini vuraraq Livan ərazisinə cavab verib.
Livanın “Al Jadeed” telekanalı “Hizbullah” yaraqlılarının İsrailin şimalına hücumlara görə məsuliyyəti öz üzərinə götürdükləri bəyanatını dərc edib. Məlumata görə, hücum İsrail Hərbi Hava Qüvvələrinin Mays əl-Cəbələ hücumuna cavab olaraq həyata keçirilib.

Rafi Müslümov

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv