Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hizbullah” lideri öldürüldü – İraqda

İraqın “Həşdi-Şəbi” qruplaşmasının bazasında yaradılmış “Hizbullah” təşkilatının baş katibi Basim Əl Musəvi silahlı hücum nəticəsində öldürülüb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq polisinin polkovniki Cümə Əl Hamraninin açıqlamasına görə, Bəsrə şəhərində olan Musəvinin avtomobili naməlum şəxslər tərəfindən gülləbaran edilib. Maşında onu müşayiət edən şəxs isə ağır yaralanıb.

Hamrani bildirib ki, basqınçılar hücumdan sonra ərazini tərk ediblər. Mövcud hərbi qruplaşmalardan hələlik heç biri bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Yeniçağ.Az

www.yenicag.az

393