!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hizbullah"ın baş katibi İranı və Xameneyini SƏRT TƏNQİD ETDİ: "Siz müsəlmanların düşmənisiniz!" - VİDEO

!Reklam – Yazi

Livan “Hizbullah”ının birinci baş katibi Sübhi əl-Tufeyli İranı və Xameneyini tənqid edib.

Yenicag.az xəbər verir ki, Sübhi əl-Tufeyli İranı ABŞ ilə əməkdaşlıqda günahlandırıb, Xameneyini isə müsəlmanların düşməni adlandırıb.

Onun çıxışından əsas ifadləri təqdim edirik:

“Siz Məhəmmədin ümmətini məhv etdiniz.

Xameneyi, sən müsəlman uşaqlarının qatilisən! Sən Yeziddən daha qəddar, daha alçaq və qisasçısan!

Qəzza üçün nə etmisiniz? Fələstin üçün nə edirsiniz? Livanda kimin üçün silah saxlayırdınız?

Siz ABŞ ilə əməkdaşlıq edirsiniz. Siz ümmətin məhvi üçün ABŞ-nin nökəri oldunuz.

Tehrandakı bu adam Məhəmməd və Əlinin düşmənidir. Bu adam Əhli-beytlə heç bir əlaqəsi olmayan şiələri yaradır.

Rəhbərlərinin və ya məmurlarının açıqlamalarında hər bir söz yalandır. Onlar yalançı və düşmənin xidmətçiləridir”.

Xuraman Etibarlı

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv