!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Hızır Çakırbəyli”dən ŞOK MESAJ: “Söz bitər…” - FOTO

!Reklam – Yazi

Türkiyənin məşhur “Eşkiya Dünyaya Hükümdar olmaz” serialının tamamilə yayımdan qaldırılması barədə məlumat təsdiqlənib.

Yenicag.az xəbər verir ki, bu barədə serialın baş rol ifaçısı Oktay Kaynarca sosial media hesabından pərəstişkarlarına təşəkkür edərək serialın bitdiyini açıqlayıb.

“”At belində dünyanı fəth etmək asandır. Çətin olanı atdan düşəndə ​​fəth etdiklərini idarə etməkdir” Çingiz xan….

“Eşkiya Dünyaya Hükümdar olmaz” filminin dəyərli tamaşaçılarına: Yayıma başladığımız ilk gündən sonsuz maraq və sevginizə, bizi öz ailənizdən biri kimi gördüyünüzə, sorğu-sualsız qucaq açdığınıza, son ana qədər davam edən ümidlərinizə görə sizə təşəkkür edirəm.

Yeddi il birlikdə yol getdiyim, bir çox rekordları, uğuru, xoşbəxtliyi, ağrını, sevinci birlikdə yaşadığım “Eşkiya Dünyaya Hükümdar olmaz” komandasının böyükdən-kiçiyinə, bütün dostlarıma: Keçən dövrdə yaşanan bütün mənfiliklərə qarşı duruşunuza, etik davranışınıza, iş nizam-intizamınıza və başınıza gələnlərə baxmayaraq səbrinizə görə sizi ürəkdən öpürəm. Əllərinizə və qəlblərinizə sağlıq.

Bəzən söz bitər, yol bitər, səyahət bitər, amma hər son bir başlanğıcdır. Əlvida…” – deyərək, aktyor paylaşımında qeyd edib.

www.yenicag.az

792
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv