!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hökumətin KOMMUNİKASİYA PROBLEMİ: “İslahatların təqdimatı xalqda qıcıq doğurmamalıdır” – MÖVQE

!Reklam – Yazi

“Belə yanaşmaların olmaması üçün ictimai rəy müntəzəm öyrənilməli, oradakı tendensiyalar izlənməlidir”.

Bu fikirləri hökumətin fəaliyyətinin təqdimatı ilə bağlı problemin aradan qaldırılmasının vacibliyi haqda danışan Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, problemlərin yaranmaması üçün dövlət orqanları kommunikasiya mütəxəssisləri ilə yaxından əməkdaşlqı etməlidirlər:

“Nobel laureatlarından biri deyirdi ki, hökumətin yaxşı işləməsi yetərli deyil, bunu xalq da bilməlidir. Yəni hökumət həyata keçirdiyi fəaliyyəti xalqa düzgün izah etməyi bacarmalıdır. O nöqteyi-nəzərdən, Azərbaycanda kommunikasiya problemi hər zaman aktual olub, indi də var və belə görürəm ki, gələcəkdə də olacaq. Bu, özünü nədə göstərir?

Özünüz də müşahidə etmisiniz, bəzi hökumət rəsmilərinin, yaxud da Milli Məclisin bir sıra deputatlarının elə çıxışları olur ki, həmin fikirlər insanlarda kəskin qıcıq yaradır. Halbuki, qıcıq doğuran fikirləri daha korrekt formada ifadə etmək mümkündür.

Əslində, islahatlar hökumətin cəmiyyətin həyatının yaxşılaşmasına yönəlik atdığı addımdır. Bu baxımdan, hökumət çalışmalıdır ki, vətəndaşlar həyata keçirilən islahatları dəstəkləsinlər. Ancaq insanların o dəstəyi verməsi üçün onları aparılan islahatların mahiyyəti haqqında məlumatlandırmaq lazımdır. Bu, Tarif Şurasının gecəyarı qiymətləri qaldırdığı kimi olmamalıdır. Biz sosial şəbəkələrdə həmin qurumun ünvanına necə sərt reaksiyaların olduğunu görürük. Ona görə də hər hansı dəyişiklikdən əvvəl insanları buna hazırlamaq zəruridir.

Hər halda, o da başadüşüləndir ki, bəzən əhalini narazı salan addımlar da atmaq lazım gəlir. Ancaq bu və ya digər dəyişikliyin cəmiyyətə necə təqdim olunmasından çox çey asılıdır. Yəni bu təqdimat qıcıq doğurmamalıdır. Hansısa imkanlı şəxs durub deməməlidir ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılmalıdır.

İnsanlar anlayır ki, o adam heç vaxt ictimai nəqliyyatdan istifadə etmədiyi üçün qiymət artımı haqda belə rahat danışır. Belə yanaşmaların olmaması üçün ictimai rəy müntəzəm öyrənilməli, oradakı tendensiyalar izlənməlidir. Bunlar artıq texnoloji məsələlərə daxildir. O cümlədən, məlum nazirin taksilərin fəaliyyəti ilə bağlı dedikləri də bu sıraya aid edilə bilər.

Lakin islahatların daha uyğun və uğurlu yolları var. Bu üzdən, dövlət orqanları kommunikasiya mütəxəssisləri ilə yaxından əməkdaşlqı etməlidirlər. Gördüyünüz kimi, bu günlərdə bir çox məmur və deputatlar əsasən taksi xidmətlərinin ucuz olmasını önə çəkirlər. Təbii ki, taksilərin ucuzluğu əhalini qane edir. Amma bu sahədəki nizamsızlığı da qeyd etməmək olmaz.

“Bir manatlıq” taksilərin yollarda qəza vəziyyətləri yaratması adi hal alıb, bir çoxları ilkin ödənişlə ucuz maşın alıb taksi xidməti göstərməyə başlayır. Yəni bu sahədəki islahatı əhaliyə məhz qeyd edilən rakursdan çatdırmaq daha düzgün olardı”.

A.Zeynalov

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv