Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hökumətin koronavirusla mübarizə tədbirlərini tənqid edənlər baxıb görsünlər ki...” - Fərəc Quliyev

Reklam: High Technic

“Fikrimcə, insanlar hakimiyyətdən nəyisə ummaq və tələb etmək əvəzinə, özləri bu mübarizədə fəal iştirak etməlidirlər”.

Fərəc Quliyev

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan hökumətinin koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərin müsbət nəticələrini şübhə altına alan yanaşmalara münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Fərəc Quliyevin sözlərinə görə, dünyanın aparıcı dövlətlərinin belə koronavirusla mübarizədə çarəsiz qaldıqları halda, Azərbaycan bu istiqamətdə ciddi nəticələr əldə etdi:

“Azərbaycanın pandemiyaya qarşı mübarizədə atdığı təsirli addımlar yaxşı mənada bütün dünyanı təəccübləndirmişdi. Bir sözlə, görünən tədbirlər çox adekvat idi. Ümumiyyətlə, Azərbaycanda qısa zaman ərzində həm profilaktik tədbirlərin görülməsi, çox sayda modul tipli xəstəxanaların tikilməsi, laboratoriyaların, avadanlıqların, dərman vasitələrinin gətirilməsi, maska fabrikinin tikilməsi, aztəminatlı vətəndaşlara yardımların ayrılması, sahibkarlara dəstək və digər addımlar xüsusi qeyd olunmalıdır.

İlkin mərhələdə gördüyümüz tədbirlər belə deməyə əsas verirdi ki, Azərbaycan bu pandemiya dalğasını minimum itki ilə adladacaq. Amma çox təəssüf ki, növbəti mərhələdə bir çox insanların məsuliyyətsiz davranışı vəziyyəti dəyişdi. Etiraf edək ki, bu problem tək inzibati yollarla və səhiyyə sisteminin imkanları əsasında həll olunmur.

Bu prosesdə bizim həkimlərimiz və polislərimiz inanılmaz fədakarlıq göstəriblər. Bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, insanların özündən asılı olan adi qaydalara əməl olunmursa, sosial məsafə gözlənilmirsə, qoruyucu maskadan istifadə edilmirsə, burada inzibati tədbirləri necə tənqid etmək olar? O baxımdan, insanlar özlərinə daha tənqidi yanaşaraq, özlərini təkmilləşdirməli, məsuliyyətli olmalıdırlar.

Əlbətdə, bu sözlər hamıya aid deyil, lakin bir neçə nəfərin məsuliyyətsiz davranması infeksiyanın daha geniş yayılmasına şərait yaradır. Unutmayaq ki, bir nəfər azı on nəfəri yoluxdura bilər.

Ona görə də, hesab edirəm ki, insanlar hakimiyyətdən nəyisə unmaq və tələb etmək əvəzinə, özləri bu mübarizədə fəal iştirak etməlidirlər. Bu gözə, “görünməyən düşmən”lə mübarizədə hamı bir nəfər kimi iştirak etməlidir.

Baxın, hətta dünyanın böyük, imkanlı dövlətləri də koronavirusun qarşısında çarəsiz qaldılar, onun qarşısını ala bilmədilər, on minlərlə itki verdilər. Amma Azərbaycan düşünülmüş tədbirlər sayəsində təhlükənin böyüməsinə imkan vermədi.

Fikrimcə, yaranmış indiki vəziyyət kifayət qədər ciddidir və təhlükənin sovuşdurulması əhalinin davranışlarından asılıdır. Bu problem sadəcə, inzibati resurslar hesabına həll olunmayacaq. Bu həm də, mədəniyyət, düşüncə, kamilləşmə məsələsidir. Vəziyyətin tezliklə sabitləşməsi üçün insanlar məsuliyyətli olmalıdırlar”.

Cəvahir

Loading...

www.yenicag.az

593
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100