!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hökumətin Laçın dəhlizi ADDIMI: "Nazirlər Kabinetinin beynəlxalq qurumlara ünvanladığı məktub o anlama gəlir ki..." - ŞƏRH

!Reklam – Yazi

“Əgər Azərbaycan tərəfi götürülən xətti üzrə siyasətini inkişaf etdirsə, 2025-ci ilə Xankəndi problemi qalmayacaq”.

Bu sözləri Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında Laçın dəhlizindən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının xarici işlər nazirinə məktublar ünvanlamasını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Laçın dəhlizinə nəzarət Xankəndiyə nəzarət deməkdir:

“Laçın dəhlizindən məqsədəuyğun olmayan məhsulların daşınması dedikdə üç şey nəzərdə tutula bilir. Birincisi, silah-sursat; ikincisi, narkotik; üçüncüsü, nüvə materialları. Sonuncu inandırıcı deyil.

Nazirlər Kabinetinin beynəlxalq qurumlara ünvanladığı məktub o anlama gəlir ki, Laçın dəhlizində Azərbaycan sərhəd xidməti və gömrüyü olmalıdır. Bunu indidən deyirlərsə, bu çox yaxşı haldır. Rusiya sülhməramlılarının nəzarəti altında orada bir boşluq var. Oradan hərbi yüklər daşınır. Bu, düzgün mövqedir. Bu həm də Rusiyaya cəbhə açmaq deyil. Düşünürəm ki, bu, Rusiya ilə razılaşdırılmış məsələdir.

Laçın dəhlizində Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycanın sərhəd nəzarətinin olması o deməkdir ki, Xankəndi problemi bitib.

Rusiyanın bu ərəfədə yumşaqlıq göstərməsinin səbəbləri də var. Ola bilsin ki, Ukraynada qarşılaşdığı beynəlxalq təzyiqi yumşaltmaq üçün Azərbaycanla bağlı müəyyən loyal münasibətlər yaradır. Beləcə, sabah deyə bilsin ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və münaqişəni həll edirəm. Hər kəs yaxşı bilir ki, postsovet məkanındakı bütün münaqişələrin hamısı Rusiyanın əli ilə yaradılıb.

Azərbaycan tərəfi bu diplomatik xətti intensiv inkişaf etdirsə, bizim xeyrimizə olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv