!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hökumətin pul xərcləməyə xəsislik etmədiyi SAHƏ: “Neft Fondunda toplanan vəsaitlərin...”

!Reklam – Yazi

“Büdcənin neftdən asılılığının minimallaşdırılması üçün növbəti illərdə bu göstəricinin aşağı salınması planlaşdırılır”.

Bu fikirləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasında Azərbaycanın maliyyə resurslarından istifadə amilini dəyərləndirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hökumət işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında qətiyyən xəsislik etmir:“Əslində, hökumət bu çərçivədə zəruri işləri həyata keçirir. Belə ki, hər il büdcədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası üçün böyük həcmdə maliyyə vəsaiti ayırmaqdadır. Növbəti ilin büdcə layihəsində də bu istiqamətdə vəsaitlərin ayırılması nəzərdə tutulub.

Ölkə başçısının bir müddət əvvəl etdiyi çıxışında işğaldan azad olunmuş ərazilərə indiyə qədər təqribən 6 milyard dollar vəsait ayrıldığını bildirib. Demək olar ki, bu pulların da mənbəyi elə Neft Fondunda toplanan vəsaitlərdir. Yəni bu da onu deməyə əsas verir ki, hökumət azad olunmuş ərazilərin yenidən qurulmasında qətiyyən xəsislik etmir.

Son 5 ildə dövlət büdcəsinin haradasa, 52-53 faizi məhz Neft Fondundan edilən transferlər hesabına təmin olunur. Yəni büdcənin cari xərclərinin qarşılanması üçün Neft Fondundan istifadə edilir. Eyni zamanda, büdcənin cari xərclərinin qeyri-neft sektorundan daxil olan gəlirlərlə qarşılanması üçün qarşıya hədəflər qoyulub.

Bununla belə, hazırda büdcə kəsri 25 faiz civarındadır. Büdcənin neftdən asılılığının minimallaşdırılması üçün növbəti illərdə bu göstəricinin aşağı salınması planlaşdırılır. Xarici kreditlərə gəlincə, burada bir məsələyə diqqət yetirmək lazımdır.

Məsələn, “Cənub” qaz dəhlizinin qurulmasına özümüz yatırım etməklə yanaşı, xarici banklardan da vəsait cəlb olunub. Bakı-Tiflis-Ceyhan ixrac neft kəməri də bu qaydada reallaşdırılıb. Yəni xarici mənbələrdən kredit götürülməsinin səbəbi ölkənin maliyyə imkanlarının zəifliyi deyil. Burada müəyyən layihələrin gerçəkləşdirilməsi üçün əlavə mexanizmlərin tətbiqi mühüm əhəmiyyət daşıyır”.

Yusif Səmədzadə

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv