!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hökumətin təsirsiz ANTİİNFLYASİYA TƏDBİRLƏRİ: “Ucuzlaşma o zaman baş verə bilər ki...”

!Reklam – Yazi

“Son 2 ildə digər ölkələrdə ərzaq qiymətlərində azalma müşahidə olunsa da, Azərbaycanda əksinə, 20 faiz bahalaşma qeydə alınıb”.

Bu fikirləri yeni ilin ilk ayında da ümumi bahalaşma tendensiyasının davam etməsi haqda danışan iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 2022-23-cü illərdə yaşanan qiymət artımı süni şəkildə baş verib:

“Baxsaq görərik ki, Azərbaycanda 2022-2023-cü illərdə bahalaşma süni şəkildə olub. Xüsusilə, dərmanların qiymətində müşahidə olunan kəskn artım əhalinin həssas qurupu sayılan xəstə insanlara ciddi təsir edir. Bizimlə müqayisədə qonşu dövlətlərdə dərmanların qiyməti xeyli ucuz olduğuna görə bu ölkələrə səyahət edən vətəndaşlarımız oradan ucuz və keyfiyyətli dərman gətirməyə çalışırlar.

Belə bir vəziyyətin yaranmasının əsas səbəbi hökümətin bu sahədə tənzimləməni düzgün həyata keçirməməsidir. Məsələn, Gürcüstanda satışda olan eyni adlı dərman Azərbaycanda altı dəfə baha satılır, həm də o preparatların keyfiyyəti çox aşağı olur.

O baxımdan, qiymət bir yana, keyfiyyəti aşağı olan dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınmalıdır. Eyni zamanda, biz bunu ərzağa da şamil edə bilərik. Pandemiyadan sonra son iki ildə digər ölkələrdə ərzaq qiymətlərində azalma müşahidə olunsa da, Azərbaycanda əksinə, iyirmi faiz bahalaşma qeydə alınıb”.

Mütəxəssis bahalaşmanın digər səbəbini antiinflyasiya tədbirlərinin effektli olmaması ilə əlaqələndirib:

“Əgər hökümət bu siyasəti düzgün həyata keçirərsə, o zaman biz ucuzlaşmanın şahidi ola bilərik. Ərzaq qiymətlərinin qalxması ən çox kasıb təbəqəyə təsir göstərir.

Ərzaq xərcləri əgər yüksək gəlirli vətəndaşların ümumi xərclərinin 10-20 faizin təşkil edirsə, kasıb təbəqədə bu göstərici 80-90 faizdir. Bu da onların dolanışığına ağır zərbə vurur.

Burada hökumətin antiinfilyasiya tədbirlərinin effektli olmaması da çox ciddi rol oynayır. Mən bu nüansları Mərkəzi Bankın rəhbərliyinə də şəxsən bildirmişəm. Təəssüf ki, hökümət, o cümlədən, Mərkəzi Bank öz komfort zonaları daxilində addımlar atır”.

İsmayıl Bakuvi

www.yenicag.az

2048
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv