“Holcim Azərbaycan” cərimələndi

Bakı Apellyasiya Məhkəməsində “Holcim Azərbaycan” ASC-nin inzibati qaydada cərimə edilməsi barədə şikayətinə baxılıb.

Yenicag.az xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilıən prosesdə qərar elan edilib.

Qərara əsasən, “Holcim Azərbaycan”ın şikayəti təmin edilməyib və Qaradağ Rayon Məhkəməsi qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilərək, 300 manat cərimə edib.

2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC rebrendinq edərək “Holcim Azərbaycan” ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir.

COP29