!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hollandiya miqrantları ölkədən QOVUR

!Reklam – Yazi

Hollandiya hökuməti ölkədən miqrantları çıxarmaq qərarına gəlib.

Yenicag.az xəbər verir ki, 2023-cü ilin əvvəlində Hollandiya hökuməti Ukrayna üzərindən ölkəyə daxil olan üçüncü ölkə vətəndaşları üçün müvəqqəti mühafizəni dayandırmaq qərarına gəlib.

Bu şəxslərə 4 sentyabr 2023-cü ilə qədər Hollandiyanı tərk etmək əmri verilib, əks halda deportasiya ilə üzləşəcəkləri bildirilib.

Hollandiya səlahiyyətliləri, miqrantların sosial təhlükəsizlik şəbəkəsindən “sui-istifadə etdiklərini” söyləyib.

Miqrasiya naziri Erik van der Burq həddən artıq yüklənmiş bir sistemə istinad edib və könüllü gediş üçün kiçik maliyyə stimulları təklif edib.

Bu bəyanat üçüncü ölkə vətəndaşları arasında təşviş yaradıb. İmmiqrasiya hüquqşünasları tərəfindən təmsil olunan bəzi şəxslər məhkəməyə müraciət ediblər.

Hüquqi müdaxilə sayəsində bu şəxslərin qanuni qalma müddətini sentyabrın 4-dən martın 4-dək uzatmaq mümkün olub.

Hollandiya hökuməti insanlara gedişlərini təşkil etmək üçün əlavə 28 gün vaxt verib.

Mənzil və təqaüd kimi dövlət müavinətləri geri alınacaq və güzəşt müddəti bitdikdən sonra insanlar deportasiya olunacaq.

Xuraman Etibarlı

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv