!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hotellərin ulduzları göstərdikləri xidmətin keyfiyyətini doğruldur? - VİDEO

!Reklam – Yazi

“Xəzər” Televiziyasında yayımlanan “Xəbər ertəsi” proqramında yüksək hotel qiymətlərinə toxunulub. Havaların isinməsi ilə mehmanxana mövsümü də start götürür.

Bəs, görəsən, tətil vaxtı turistlərin ən çox müraciət etdiyi bu məkanlarda qiymətlər cibə nə qədər uyğun olacaq?

Təəssüflər olsun ki, Azərbaycanda bu sektorda olan qiymətlər qonşu ölkələrlə müqayisədə xeyli yüksəkdir. Sujetdə danışan respondentlər də yüksək qiymətlərdən şikayətləniblər: “Heç olmasa, qiymətlər 30% aşağı düşsə, daha yaxşı olar”.

Hətta onların arasında qonşu Türkiyə ilə müqayisədə Qəbələ rayonundakı mehmanxana qiymətlərinin daha çox olmasını vurğulayanlar da olub. Sorğuda iştirak edənlərdən bəziləri isə istirahət zamanı daha sərfəli olan ev turizmindən yararlandıqlarını bildiriblər.

Turizm üzrə ekspert Kənan Hənifəyev regionlarda ən baha qiymətin Türkiyədə olduğunu söyləyib: “Lakin qardaş ölkədəki 3 və ya 4 ulduzlu otellərin xidmət səviyyəsi bizdəki 5 ulduzlu otellərə bərabərdir. Hətta bu qiymətlər bir növ fərdi evlərdə kirayədə qalmağa bərabərdir. Artıq ödənilən məbləğ isə əlavə xidmətlər və xərclərüçün sərf olunur”

Otelərin xidmət səviyyəsi onların ulduz sayları ilə müəyyən edilir. Azərbaycan Otel Asossasiyasının meneceri Rəşad Niyazov bildirir ki, ölkəmizdəki mehmanxana kateqoriyaları “Milli ulduz təsnifatı”na uyğun verilir. Bu isə Azərbaycan Turizm bürosu tərəfindən təsis edilib:

“Təsnifat AZS 745-2015 standartı, “Hotelstars Union” meyarları, qonaq rəyləri əsasında müəyyən olunur. Verilən sertifikatlar 3 il müddətində qüvvədə qalır”. Onun sözlərinə görə, cari ilin yanvarında təsdiq olunan Turizm haqqında qanuna əsasən, ulduz təsnifatının alınması məcburidir.

Turistləri narahat edən digər məsələ isə rezervasiyanın ləğv edilməsi məsələsidir. Turizm üzrə ekspert Kənan Hənifəyevin sözlərinə görə, sifarişçi və tur agentlik arasında olan müqaviləyə əsasən, müştərinin ödədiyi məbləğ ya tam, ya da qismən geri qaytarılır:

“Forsmajor halların qarşısını almaq üçün imzalanan müqavilənin diqqətlə oxunmasını tövsiyə edirəm”.

O daha sonra bildirib ki, öncədən edilən rezervasiyalarla otellərdə olan endirimlərdən də faydalanmaq mümkündür.

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv