Ads by Google

hightechnic
Ads by Google

8c216d81-fbd9-4806-b95c-cf8b5cd0c625Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab suların birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal idarəsininə icrası məcburi olan “Məcburi göstəriş” verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."