!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hövsanın istismara yararsız avtobusları nə vaxt yenilənəcək? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Sərnişindaşımaya qənaətbəxş olmayan və dəfələrlə gündəmə gətirilən Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrut xəttinə hələ də yeni avtobuslar verilməyib.

Maraqlıdır ki, bu ilin mayından xətdə cəmi bir avtobus yenilənib. Qalanları isə texniki baxımdan yararsız, köhnə avtobuslardır.

Bəs, sözügedən istiqamət üzrə hərəkət edən avtobuslar tam olaraq nə vaxt yenilənəcək?

Bu barədə Bizim.media-ya açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulub:

“Xəbərdarlıqlara riayət etməyən daşıyıcıların istismarında olan marşrutlar müsabiqəyə çıxarılır. Bakı və Abşeron rayonu üzrə son iki ay ərzində 10 marşrut müsabiqəyə çıxarılıb. Proses davam etdirilir. Xəbərdarlıqlara riayət edən daşıyıcılar da var. Belə ki, sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur”.
Qurum rəsmisinin sözlərinə görə son bir ay ərzində 74 marşrut xəttinə əlavə avtobuslar buraxılıb:

“Avtobuslar sahibkarlara məxsusdur. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır”, – deyə Tural Orucov əlavə edib.

Qeyd edək ki, Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrut xəttinin avtobusları texniki göstəricilərə və standarta cavab vermir.

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv