!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

HSK hakim olmaq istəyənlərlə bağlı məlumat yaydı

!Reklam – Yazi

Hakim olmaq istəyən 62 namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb.

Bu barədə Yenicag.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən, görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin müasir beynəlxalq tələblər səviyyəsində və şəffaf prosedurlarla fasiləsiz seçimi davam etdirilir. Müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 175 nəfər namizədlə avqustun 4-də yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə kazus xarakterli 2 sual 4 saat ərzində cavablandırılıb.

Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Yeni qaydalara əsasən, namizədin həm cinayət, həm də mülki sahələr üzrə topladığı ballar cəmlənir və 2-yə bölünərək yekun bal müəyyən edilir. Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı imtahanın bu fazasından keçmiş hesab edilir, bu şərtlə ki, onun hər inşa mövzusu üzrə ayrı-ayrılıqda topladığı ballar 50-dən az olmasın.

İmtahanın nəticəsinə görə, 60 və daha çox bal toplamış 62 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə, şifahi imtahana buraxılmışdır. Yeni qaydalara əsasən yazılı imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.

Namizədlər şəxsi eyniləşdirmə kodunu bu keçid vasitəsilə əldə edə bilərlər.

Şifahi imtahanlaroktyabrın 10-dan başlayaraq mərhələli qaydada keçiriləcək.

Eyni zamanda bildirilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və noyabrın 3-də keçiriləcək test imtahanı üçün artıq 240-dan çox namizəd sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv